İdman

"Mançester Yunayted" yenə büdrədi: "Lids"lə oyunda qalib müəyyənləşmədi - Video

18 Oct 2026, 19:40 2 baxış
"Mançester Yunayted" yenə büdrədi: "Lids"lə oyunda qalib müəyyənləşmədi - Video
"Lids Yunayted" və "Mançester Yunayted" komandaları İngiltərə Premyer Liqasının 7-ci turunda heç-heçə ediblər. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Oxu.Az xəbər verir ki, "Elland Roud" stadionunda keçirilən görüşü baş hakim Darren İngland idarə edib.

Qonaq komandanın futbolçusu Brayan Mbeumo 35-ci dəqiqədə hesabı açıb. "Lids Yunayted"in hücumçusu Dominik Kalvert-Lyuin isə 51-ci dəqiqədə bərabərlik qolunu vurub. Bu nəticədən sonra 10 xalı olan "Lids Yunayted" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Yeddi xal toplayan "Mançester Yunayted" isə 13-cü yerdədir. Növbəti turda "Lids Yunayted" oktyabrın 25-də səfərdə "Sanderlend"lə qarşılaşacaq. Həmin gün "Mançester Yunayted" "Bornmut"u qəbul edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər