İdman

"Kəpəz" - "Zirə" oyununda bərabərlik...

18 Oct 2026, 21:23 2 baxış
"Kəpəz" - "Zirə" oyununda bərabərlik...

Misli Premyer Liqasının VIII turunun bağlanış oyununda "Kəpəz" "Zirə" ilə qarşılaşıb.


Axar.az xəbər verir ki, Gəncə stadionunda baş tutan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.


Hesabı ev sahiblərindən 57-ci dəqiqədə Blessinq Olabiran açıb. Qonaqlar məğlubiyyətdən yalnız final fitinə 1 dəqiqə qalmış xilas ola biliblər - 89-cu dəqiqədə David Volkov başla dəqiq oynayıb.


"Zirə" 12 xalla altıncı sıradadır. "Kəpəz" isə 11 xalla yeddinci pillədə qərarlaşıb.


Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Sabah" - "Qəbələ"ni (4:0), "İmişli" "Turan Tovuz"u (1:0) məğlub edib. "Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.

Mənbə axar.az

Oxşar Xəbərlər