İqtisadiyyat
Azərbaycan “Qazprom”dan qaz alışını bərpa edə bilər
Azərbaycan Rusiyanın “Qazprom” şirkətindən qaz alışını bərpa etmək niyyətindədir.
Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov “Rusiya Enerji Həftəsi” forumunda çıxışı zamanı bildirib.
O bildirib ki, Rusiya şirkəti ilə əməkdaşlıq nümunəvi xarakter daşıyır.
“Biz fəxrlə deyə bilərik ki, "Qazprom" kimi nəhəng şirkətlə əməkdaşlığımız çox yaxşı bir nümunədir. Çünki yəqin ki, SOCAR dünyada əvvəlcə "Qazprom"dan qaz alan, sonra "Qazprom"a qaz tədarük edən, indi isə yenidən qaz almaq istəyən yeganə şirkətdir", - deyə Nəsirov qeyd edib.
Mənbə
axar.az