Kriminal

Dəhşətli qəzadan hamı sağ çıxdı - Video

16 Oct 2026, 15:58 1 baxış
Dəhşətli qəzadan hamı sağ çıxdı - Video
İmişli rayonunda qoşqulu traktorla yük avtomobili toqquşub. Oxu.Az xəbər verir ki, hadisə rayonun Cəfərli kəndi ərazisində baş verib. Belə ki, kənd ərazisində qoşqulu traktorla QAZ-53 markalı yük maşını toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Xəsarət alan olmayıb. Traktorda olan pambıq ətrafa səpələnib. Faktla bağlı araşdırma aparılır.

İqbal Ziya
Mənbə oxu.az

Oxşar Xəbərlər