İqtisadiyyat
Dünya Bankı Azərbaycan iqtisadiyyatına nə qədər vəsait ayırıb?
Bu il ərzində Dünya Bankı (DB) Azərbaycanın iqtisadiyyatına təxminən 100 milyon dollar həcmində sərmayə yatırıb. Oxu.Az xəbər verir ki, bu barədə maliyyə təşkilatının mətbuat xidmətindən məlumat verilib. "2026-cı maliyyə ilində Dünya Bankı qrupu tərəfindən Azərbaycana 100 milyon ABŞ dollarına yaxın özəl kapital cəlb edilib", - deyə açıqlamada bildirilir. DB Azərbaycanda daha inklüziv və rəqabətədavamlı iqtisadiyyatın formalaşmasına dəstək verməyi hədəfləyir. Həmçinin, Dünya Bankının həyata keçirdiyi proqram Orta Dəhlizin inkişaf etdirilməsi və rəqəmsal infrastrukturun müasirləşdirilməsi məqsədi daşıyır.
Mənbə
oxu.az