İqtisadiyyat
Azərbaycanda içki istehsalı kəskin azalıb - FOTO
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda emal sənayesi üzrə 16 milyard 982.9 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Oxu.Az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yaydığı hesabatda yer alıb.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalı 16 faiz, qida məhsullarının istehsalı isə 6.4 faiz artıb. İçki istehsalında isə 0.1 faizlik azalma qeydə alınıb. Əsas məhsul növləri üzrə göstəricilərə gəlincə, hesabat dövründə duru bitki yağlarının istehsalı 31.8 faiz, siqaret istehsalı isə 15.4 faiz yüksəlib. Bunun əksinə olaraq, viski və brendin istehsalı 37.4 faiz azalıb.

Mənbə
oxu.az