İdman

Osimhenin hamilə sevgilisi qəzaya düşdü - Foto

14 Oct 2026, 21:20 1 baxış
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - Foto
"Qalatasaray"ın nigeriyalı futbolçusu Viktor Osimhenin sevgilisi Stefani Kim Ladeviqin idarə etdiyi avtomobil İstanbulun Eyüpsultan rayonunda üç avtomobilin iştirakı ilə baş verən qəzaya düşüb. Oxu.Az "A Haber"ə istinadən xəbər verir ki, Ladeviqin idarə etdiyi avtomobil döngəyə daxil olarkən qarşısındakı avtomobilə arxadan çırpılıb. Zərbədən sonra avtomobil qarşı istiqamətdən gələn digər maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb, lakin avtomobillərə maddi ziyan dəyib. Hamiləliyinin səkkizinci ayında olduğu bildirilən Ladeviq xəstəxanaya müraciət edib. Onun səhhətinin yaxşı olduğu bildirilib. Müayinələr başa çatdıqdan sonra Ladeviq xəstəxanadan evə buraxılıb.
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - Foto Osimhenin hamilə sevgilisi qəzaya düşdü - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər