İdman

Qarabağın gələcək ulduzları necə yetişirlər? - Video

14 Oct 2026, 20:30 3 baxış
Qarabağın gələcək ulduzları necə yetişirlər? - Video
Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışı "Qarabağ" Futbol Akademiyasının fəaliyyətinə, gənc futbolçuların yetişdirilməsinə və klubun gələcək perspektivlərinə həsr olunub. Verilişin qonağı "Qarabağ" Futbol Akademiyasının meneceri Nail Kərimov olub. Buraxılışda akademiyada futbolçu hazırlığı prosesi, istedadların üzə çıxarılması və gənc oyunçuların peşəkar futbola hazırlanması müzakirə edilib.

Podkastda həmçinin akademiyadan əsas komandaya yüksəlmək imkanları, gənc futbolçuların inkişafında məşqçilərin rolu və yerli istedadların Azərbaycan futboluna qazandırılması məsələlərinə toxunulub. Nail Kərimovla "Qarabağ" Futbol Akademiyasının iş prinsipləri, gənc oyunçuların inkişaf perspektivləri və klubun gələcək planları barədə də fikir mübadiləsi aparılıb. Azərbaycan futbolunda uşaq futbolunun mövcud vəziyyəti, akademiyaların ölkə futbolunun inkişafına təsiri və istedadlı futbolçuların üzə çıxarılması ilə bağlı daha ətraflı müzakirələri "TOP-al"ın yeni buraxılışında izləyə bilərsiniz.
Mənbə oxu.az

Oxşar Xəbərlər