Digər

İstanbulda güclü leysan: Murad Boz yardım istədi - Video

14 Oct 2026, 22:31 4 baxış
İstanbulda güclü leysan: Murad Boz yardım istədi - Video

Türkiyəli məşhur müğənni Murad Boz İstanbulda güclü leysan yağışı nəticəsində su altında qalan studiyada yüzlərlə əməkdaşla birlikdə köməksiz vəziyyətdə qaldığını açıqlayıb.


Axar.az xəbər verir ki, müğənni aidiyyəti qurumlardan yardım istəyib.


Murad Boz Ayazağa ərazisində yerləşən “Phoenix” studiyalarını güclü leysan yağışı səbəbindən su basdığını bildirib. O, intensiv yağışdan sonra studiyanın və ətraf ərazinin su səviyyəsinin sürətlə yüksəldiyini, yüzlərlə insanla birlikdə orada köməksiz vəziyyətdə qaldığını qeyd edib.


Müğənni sosial media hesabında ərazidən görüntülər paylaşaraq Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) və İstanbul Yanğınsöndürmə Xidmətinə müraciət edib.

Mənbə axar.az

Oxşar Xəbərlər