İdman
Xulian Alvares "Barselona"ya görə agentini dəyişdi
"Atletiko Madrid" futbol klubunun argentinalı hücumçusu Xulian Alvares yeni agent kimi Pablo Barkero ilə əməkdaşlığa üstünlük verib. Oxu.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Bildirilib ki, argentinalı futbolçu bir müddət əvvəl meneceri Fernando İdalqo ilə yollarını ayırıb. Buna səbəb yayda onun "Barselona"ya mümkün transferinin baş tutmaması olub. Məlumata görə, Barkero həm Alvaresin, həm də ailəsinin rəğbətini qazanıb. Tərəflər arasında razılaşmanın yaxın zamanda rəsmiləşəcəyi gözlənilir. Yeni agent namizədləri arasında Jorje Mendeş və Entso Fernandesin nümayəndəsi Xavyer Pastore də olub. Barkero hazırda "Barselona"nın yarımmüdafiəçisi Rodri Ernandesin maraqlarını təmsil edir. Onun bu yay Rodrinin "Mançester Siti"dən Kataloniya klubuna transferini həyata keçirməsi Alvaresin seçiminə təsir edən amillərdən biri kimi göstərilir. Qeyd edək ki, 26 yaşlı hücumçu "Barselona"ya keçmək istəyini qoruyub saxlayır. O, Kataloniya klubuna qoşulmağı karyerası üçün arzuladığı addımlardan biri hesab edir.
Mənbə
oxu.az