İdman

FIFA Türkiyənin iki klubuna transfer qadağası qoydu

14 Oct 2026, 18:36 1 baxış
FIFA Türkiyənin iki klubuna transfer qadağası qoydu
Türkiyənin "Antalyaspor" və "Fatih Karagümrük" klublarına transfer qadağası tətbiq edilib. Oxu.Az "Ajansspor" nəşrinə istinadən xəbər verir ki, FIFA hər iki klubun transfer fəaliyyətini üç transfer pəncərəsi müddətinə məhdudlaşdırıb. Klublar mübahisəli məsələləri həll edənədək yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcəklər. Qeyd edək ki, problemlər aradan qaldırılarsa, qadağanın ləğvi mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər