İdman

"Real Madrid" Kurtuaya əvəzləyici tapdı - Foto

14 Oct 2026, 19:28 3 baxış
"Real Madrid" Kurtuaya əvəzləyici tapdı - Foto
"Tuluza"nın qapıçısı Giyom Restes karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, "Real Madrid" klubu 21 yaşlı fransalı qapıçının transferində maraqlıdır. Madrid təmsilçisi Restesi Tibo Kurtuanın gələcək əvəzləyicilərindən biri kimi nəzərdən keçirir. Paytaxt klubu bu mövqeyə digər namizədləri də dəyərləndirir. Qeyd edək ki, Giyom Restes "Tuluza"nın yetirməsidir və altı yaşından klubun sistemində yer alıb. Fransa millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində keçirdiyi beş rəsmi matçda qapısında səkkiz qol görüb.
"Real Madrid" Kurtuaya əvəzləyici tapdı - Foto "Real Madrid" Kurtuaya əvəzləyici tapdı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər