İdman

"İmişli"də Fərid Namazovu kim əvəz edəcək?

14 Oct 2026, 19:16 2 baxış
"İmişli"də Fərid Namazovu kim əvəz edəcək?
"İmişli" futbol klubunda baş məşqçinin səlahiyyətlərinin müvəqqəti icrası köməkçi məşqçi Ervins Perkonsa həvalə olunub. Oxu.Az xəbər verir ki, bu barədə klubun sosial media hesabında məlumat verilib. Latviyalı mütəxəssis müvəqqəti olaraq komandanın məşq prosesinə və oyunlara hazırlığa rəhbərlik edəcək. Xatırladaq ki, "İmişli" ötən gün baş məşqçisi Fərid Namazovla yollarını ayırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər