Mədəniyyət
Zaur Rzayev xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır
Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib. Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, əvvəl müğənni bir neçə gün xəstəxanaya aparılıb. Z.Rzayevin ailəsi ifaçının bir neçə gün əvvəl reanimasiyaya yerləşdirildiyini bildirib: "İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda ev şəraitində müalicəsi davam edir". Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.
Mənbə
oxu.az