Siyasət
Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl-Tani Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycana səfərə gəlib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı baş nazirin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az