Digər

İranda “Bəsic”in qadın komandiri öldürüldü

14 Oct 2026, 18:12 2 baxış
İranda “Bəsic”in qadın komandiri öldürüldü

Bu gün Sistan və Bəlucistan əyalətinin Mehristan bölgəsində edilən silahlı hücum nəticəsində “Bəsic” bölməsinin komandirlərindən olan Əfsanə Əqila güllələnib.


Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.


Bildirilib ki, bundan əvvəl də Mehristan bölgəsində hərbi qüvvələri daşıyan nəqliyyat vasitəsinə silahlı hücum edilib.


Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər