Digər

Putin yeni düşmən axtarır, ayıq olmalıyıq... - Meloni

14 Oct 2026, 19:17 2 baxış
Putin yeni düşmən axtarır, ayıq olmalıyıq... - Meloni

Putin Avropanı təhrik edir, çünki o, diqqəti Ukraynadakı hərbi əməliyyatların gedişatından və cəbhə xəttindəki vəziyyətdən yayındırmağa ehtiyac duyur.


Axar.az xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.


“O, yeni bir düşmən axtarır və Avropa həmin düşmənə çevrilə bilər. Təbii ki, biz ayıq-sayıq olmalı, hadisələri izləməli və gördüyümüz işləri davam etdirməliyik.


Bununla belə, mən Putinə belə bir üstünlük verməyi düzgün hesab etmirəm. Əminəm ki, məhz indi soyuqqanlılığımızı qorumalıyıq”, - Meloni bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər