Digər

"Bir"dən sahibkarlar üçün güzəştlər: "Biznesdə birlikdə" proqramına müraciət üçün tələsin

14 Oct 2026, 17:20 1 baxış
"Bir"dən sahibkarlar üçün güzəştlər: "Biznesdə birlikdə" proqramına müraciət üçün tələsin
"Bir ekosistemi"nin mikro sahibkarlara və iqtisadi inklüzivliyə dəstək məqsədilə start verdiyi "Biznesdə birlikdə" layihəsinə qeydiyyat davam edir. Müraciətlərin qəbulu üzrə son tarix 22 oktyabr 2026-cı ildir. Layihə həm yeni fəaliyyətə başlayan, həm də mövcud biznesini böyütmək istəyən mikro sahibkarlara yönəlib. İştirakçılar "Birbank", "Birmarket", "m10" və "Milliön" platformaları vasitəsilə maliyyə, ödəniş və e-ticarət xidmətlərindən xüsusi şərtlərlə istifadə edə biləcəklər. Bu proqram ideyasını fəaliyyətə və sabit gəlirə çevirmək istəyənlər üçün əlverişli bir dəstək vasitəsidir. Proqram çərçivəsində sahibkarlara biznesin idarə edilməsi üzrə təlimlər, güzəştli maliyyə və bankçılıq xidmətləri təklif olunacaq. Eyni zamanda, iştirakçılar "Birmarket" platformasına qoşularaq həm müştəri bazasını, həm də rəqəmsal satışlarını artıra biləcəklər. İştirakçıların seçimi zamanı şəhid ailələrinin üzvlərinə, fiziki məhdudiyyətli şəxslərə, təqaüdçülərə, həmçinin qadın və gənc sahibkarlara üstünlük veriləcək. Proqramın şərtləri, təqdim edilən güzəştlər və qeydiyyatdan keçmək üçün e-keçid: https://bir.az/az/biznesde-birlikde Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini - "Birbank" rəqəmsal mobil bankçılıq tətbiqi, "Birmarket" e-ticarət platforması, "Milliön" ödəniş terminalları və "m10" rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda beş milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də "Trendyol Azərbaycan" və "BakıKart"la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində "Bir", Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur. Daha ətraflı: bir.az
Mənbə oxu.az

Oxşar Xəbərlər