İdman

"İmişli" baş məşqçisi ilə niyə qəfil vidalaşdı? - Səbəb məlum oldu

13 Oct 2026, 13:16 1 baxış
"İmişli" baş məşqçisi ilə niyə qəfil vidalaşdı? - Səbəb məlum oldu
"İmişli" futbol klubu baş məşqçisi Fərid Namazovla müqaviləyə zəif nəticələrə görə xitam verib. Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. O, qərarın klub rəhbərliyinin iclasında qəbul olunduğunu bildirib: "Heç bir ciddi səbəb yoxdur. Rəhbərliklə keçirilən iclasda komandanın oyunu və zəif nəticələri müzakirə olundu. Yekunda müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə qərara gəldik. Bunu baş məşqçinin özü də istəyirdi". İcraçı direktor bu dəyişikliyin komandaya müsbət təsir edəcəyinə inandığını diqqətə çatdırıb: "Bu qərar komandaya mütləq müsbət mənada təsir edəcək. Hələ ki, yeni baş məşqçi ilə bağlı açıqlama vermək tezdir. Fərid Namazovla bu gün sağollaşmışıq, ona görə də bir az zaman lazımdır. Yəqin ki, yaxın günlərdə yeni baş məşqçinin adı açıqlanacaq". Aqşin Mürsəlov məşqçilər korpusunun gələcək taleyindən də söz açıb: "Köməkçilərlə bağlı hələ ki, konkret qərar yoxdur. Səhər iclasında əsas vacib məsələ baş məşqçi ilə bağlı idi. Qalmaq istəyənlər yəqin ki, qalacaqlar. Yeni baş məşqçi öz heyəti ilə gəlməyəcəksə, köməkçilər işlərinə davam edə bilərlər. Bu məsələlərlə bağlı qısa zamanda məlumat veriləcək". Qeyd edək ki, Fərid Namazov bu ilin yayında komandanın baş məşqçisi təyin olunmuş və onunla 1 illik müqavilə imzalanmışdı. Xatırladaq ki, "İmişli" Misli Premyer Liqasında 7 turdan sonra 4 xalla 12 komanda arasında 9-cu pillədə qərarlaşıb. "İmişli" futbol klubu baş məşqçi Fərid Namazov ilə yollarını ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər