Cəmiyyət
Binəqədinin bir hissəsi beş saatdır işıqsız qalıb: Səbəb açıqlandı - Foto/Video
Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub. Sakinlərin sözlərinə görə, səhər saatlarından etibarən ərazidə elektrik enerjisinin verilməsi dayandırılıb. Artıq beş saatdan çoxdur ki, yaşayış evlərində işıq yoxdur. Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən fakt təsdiqlənib. Qurumdan bildirilib ki, elektrik enerjisinin verilməsində yaranan fasilə ərazidə aparılan işlərlə əlaqədardır. Belə ki, yaşayış sahəsinin genişlənməsi ilə əlaqədar əlavə gücləndirmə işləri görülür, mövcud naqillər yeniləri ilə əvəz olunur. Qeyd edilib ki, təxminən bir saat ərzində elektrik enerjisinin verilməsi bərpa olunacaq.
Mənbə
oxu.az