İdman

Dani Karvaxalın yeni klubu bəlli oldu

13 Oct 2026, 13:28 2 baxış
Dani Karvaxalın yeni klubu bəlli oldu
İspaniyanın "Xetafe" klubu sabiq "Real Madrid" müdafiəçisi Dani Karvaxalın transferini açıqlayıb. Oxu.Az xəbər verir ki, 34 yaşlı futbolçu ilə müqavilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq. Karvaxal karyerası ərzində "Real Madrid" və İspaniya millisinin heyətində ümumilikdə 29 titul qazanıb. O UEFA Çempionlar Liqasının altıqat və İspaniya millisinin heyətində Avropa çempionatının qalibidir. Qeyd edək ki, daha əvvəl La Liqanın şübhəli dərəcədə aşağı maaş səbəbindən futbolçunun "Xetafe"yə keçidini qeydə almaqdan imtina etdiyi bildirilirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər