Cəmiyyət

Thonqlun Sisulit Fəxri xiyabanı ziyarət etdi - Foto

13 Oct 2026, 14:41 3 baxış
Thonqlun Sisulit Fəxri xiyabanı ziyarət etdi - Foto

Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib.


Axar.az xəbər verir ki, Laos Prezidenti burada Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib.


Laos Prezidenti Thonqlun Sisulit görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə tər güllər düzüb.

Mənbə axar.az

Oxşar Xəbərlər