İdman

Elçin Məsiyev UEFA Avropa Liqası oyununu idarə edəcək

13 Oct 2026, 14:00 2 baxış
Elçin Məsiyev UEFA Avropa Liqası oyununu idarə edəcək
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb. Oxu.Az xəbər verir ki, o, Liqa mərhələsinin II turunda Sloveniyada "Selye" və Kiprin "Omoniya" komandası arasında keçiriləcək matçı idarə edəcək. Yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov olacaqlar. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR hakimi italiyalı Luka Payretto, onun köməkçisi isə Nicat İsmayıllı olacaq. Qeyd edək ki, "Selye" - "Omoniya" görüşü oktyabrın 15-də keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər