Siyasət
Səudiyyə və Husilər qarşı-qarşıya: Türkiyə ilə Pakistan müdaxilə edəcək?
Səudiyyə Ərəbistanı ilə husilər arasında qarşılıqlı zərbələrin intensivləşməsi regionda təhlükəsizliklə bağlı narahatlıqları artırır. Türkiyə, Misir və Pakistanın Ər-Riyada dəstək ifadə etməsi isə diqqəti mühüm bir suala yönəldir: bu siyasi həmrəylik münaqişənin daha da genişlənəcəyi təqdirdə real hərbi və praktiki yardıma çevrilə bilərmi? Avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi bu müzakirəyə yeni məzmun qazandırıb. Sazişə əsasən, iştirakçı ölkələrdən birinə qarşı silahlı hücum onların hamısına qarşı hücum kimi qiymətləndirilir. Bu müddəa NATO-nun kollektiv müdafiə prinsipini xatırlatsa da, yardımın konkret hansı formada və hansı şərtlərlə göstəriləcəyi ayrıca müzakirə mövzusudur. Misir isə Səudiyyə Ərəbistanına dəstək verən ölkələr sırasında olsa da, sazişin tərəfi deyil. Bəs husilərlə qarşıdurmanın daha da şiddətlənməsi Məkkə Sazişinin real imkanlarını üzə çıxara bilərmi? Türkiyə və Pakistan Səudiyyə Ərəbistanına hava hücumundan müdafiə sistemləri, kəşfiyyat məlumatları, hərbi texnika və ya birbaşa hərbi qüvvə ilə dəstək verə bilərmi? Misirin mövqeyi hansı amillərdən asılı olacaq? Ən əsası, Məkkə Sazişi NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə mexanizminə çevrilə biləcək, yoxsa dəstək əsasən siyasi bəyanatlar və ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində qalacaq? Beynəlxalq Rəqəmsal Media Federasiyasının (CIFJEE) koordinatoru, misirli siyasi analitik Məhəmməd Tharvat Oxu.Az-a açıqlamasında bildirib ki, Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində göstərilən dəstək Səudiyyə Ərəbistanı Krallığının təhlükəsizliyinin qorunması üçün səmərəli, praktiki və real yardıma çevrilə bilər:
"2026-cı ilin avqustunda Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış bu mühüm saziş kollektiv müdafiə prinsipinə əsaslanır və NATO müqaviləsinin 5-ci maddəsindən birbaşa ilham alır. Həmin prinsipə əsasən, üzv dövlətlərdən birinə qarşı hücum bütün üzvlərə qarşı hücum hesab olunur. Regional gərginliyin artmasına cavab olaraq üzv dövlətlərin bu yaxınlarda kollektiv müdafiə müddəasını qüvvəyə mindirməsi fonunda, praktiki dəstəyin miqyası və xarakteri hər bir iştirakçı ölkənin mövcud imkanları və üzərinə götürdüyü logistik öhdəliklərlə müəyyən edilir". "Alyansın Birgə Siyasi və Strateji Müdafiə Komitəsi öhdəliklərin dərhal qüvvəyə minməsini, habelə Krallıq ərazisində logistik və müdafiə xarakterli hərbi dəstəyin operativ şəkildə yerləşdirilməsini təsdiqləyib. Bu yardım alyansın "hücum deyil, müdafiə" mandatı ilə ciddi şəkildə məhdudlaşdırılır. Həmin mandat Yəmən ərazisində döyüş əməliyyatları aparmaq üçün quru qoşunlarının yerləşdirilməsini açıq şəkildə istisna edir. Bununla belə, hər iki ölkə Səudiyyə Ərəbistanının strateji müdafiə dərinliyinin təmin edilməsi üçün mühüm imkanlara malikdir. Bu imkanlara hava hücumundan müdafiə və erkən xəbərdarlıq, krallığa ballistik raket və pilotsuz uçuş aparatlarından qaynaqlanan təhdidlərin aşkar edilməsi və zərərsizləşdirilməsində kömək göstərmək məqsədilə qabaqcıl aşkarlama və ələkeçirmə sistemlərinin yerləşdirilməsi daxildir", - analitik vurğulayıb. Onun sözlərinə görə, Türkiyə və Pakistandan fərqli olaraq, Misir hazırda "Məkkə Birgə Müdafiə Sazişi"nin iştirakçısı deyil: "Misirin xarici siyasəti tarixən birbaşa hərbi ittifaqlardan yayınmağa yönələn prinsiplərə əsaslanıb. Buna baxmayaraq, Qahirə regional sabitliyin qorunması məqsədilə yüksək səviyyəli təhlükəsizlik və kəşfiyyat koordinasiyası vasitəsilə mühüm və paralel rol oynamaqda davam edir. Bu mövqe bir sıra mühüm strateji və iqtisadi zərurətlərlə şərtlənir. Qahirə Qırmızı dənizin və Afrika Buynuzu regionunun sabitliyini Misirin milli təhlükəsizliyinin və cənub istiqamətindəki strateji müdafiə dərinliyinin ayrılmaz hissəsi hesab edir. Bab əl-Məndəb boğazında husilərin davamlı hücumları beynəlxalq gəmiçiliyə birbaşa təhlükə yaradır. Bu pozuntular qlobal ticarətin əhəmiyyətli hissəsinin Ümid burnundan yan keçməklə həyata keçirilməsinə səbəb olub. Nəticədə Misir iqtisadiyyatının həyati əhəmiyyətli dayaqlarından biri olan Süveyş kanalının gəlirləri kəskin və görünməmiş dərəcədə azalıb. Misir dəniz və hava məkanındakı təhdidlərin monitorinqində fəal iştirak edir, hücumların qarşısını almaq və onları baş verməzdən əvvəl pozmaq məqsədilə Körfəz ölkələri olan qardaşlarına və regional tərəfdaşlarına operativ kəşfiyyat məlumatları təqdim edir. Misirin yanaşması Qırmızı dənizin şimal hissəsindən başlayaraq boğazlara qədər uzanan ərazilərdə dəniz patrullarının yerləşdirilməsinə və həyati əhəmiyyətli sektorların təhlükəsizliyinin təmin olunmasına əsaslanır. Bu məqsədlə Misirin Cənub Donanmasının imkanlarından və Berenice hərbi bazasından istifadə edilir". "Nəticə etibarilə, Misir siyasəti strateji çevikliyi və müstəqil qərarvermə imkanlarını qorumağa üstünlük verir. Bu yanaşma Qahirəyə öz maraqlarını qorumaq və Səudiyyə Ərəbistanına dəstək göstərmək üçün qətiyyətli addımlar atmaq imkanı yaradır. Misir bunu üçtərəfli müdafiə sazişi ilə özünü məhdudlaşdırmaq əvəzinə, ikitərəfli əməkdaşlıq mexanizmləri və Ərəb Dövlətləri Liqasının çətiri altında birgə fəaliyyət vasitəsilə həyata keçirməyə üstünlük verir", - müsahibimiz fikrini yekunlaşdırıb. Beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmayıl Cingöz isə Oxu.Az-a açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında yenidən kəskinləşən toqquşmalar yalnız tərəflərin təhlükəsizliyini deyil, həm də Qırmızı dənizdəki dəniz ticarətini, enerji təhlükəsizliyini və Yaxın Şərqin regional sabitliyini təhdid edir:
"Xüsusilə mülki hava limanlarını hədəf alan hücumlar beynəlxalq humanitar hüquq baxımından da ciddi narahatlıq doğurur". "Bu ilin avqustun 7-də Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişi tərəflərdən birinə qarşı silahlı hücumun digər tərəflərə də edilmiş hücum hesab olunması prinsipi baxımından NATO-nun 5-ci maddəsinə bənzəyir. Lakin bu müddəa tərəflərin avtomatik olaraq müharibəyə qoşulmasını və ya birbaşa hərbi müdaxilə həyata keçirməsini tələb etmir. NATO sistemində olduğu kimi yardımın xarakteri müvafiq dövlətlərin hüquqi öhdəlikləri, konstitusion prosedurları və birgə qərarları çərçivəsində müəyyən edilir. Nəticə etibarilə, 2026-cı il oktyabrın 5-də Ər-Riyadda keçirilən görüşdə üç ölkə birgə müdafiə öhdəliklərinin həyata keçirilməsi və razılaşdırılmış hərbi imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi istiqamətində tədbirlər barədə razılığa gəlib. Bu inkişaf sazişin diplomatik həmrəyliyin hüdudlarını aşaraq konkret təhlükəsizlik əməkdaşlığına çevrilə biləcəyini göstərir", - Cingöz diqqətə çatdırıb. Onun sözlərinə görə, Türkiyənin hava hücumundan müdafiə sistemləri, elektron müharibə, kəşfiyyat məlumatlarının mübadiləsi, müdafiə texnologiyaları və logistik dəstək sahələrində töhfə verməsi mümkündür: "Pakistan da hərbi təlim, hava hücumundan müdafiə və texniki imkanları vasitəsilə dəstək göstərə bilər. Məkkə Sazişinin tərəfi olmayan Misir isə ikitərəfli əməkdaşlıq əsasında diplomatik dəstək, kəşfiyyat koordinasiyası və Qırmızı dənizdə dəniz təhlükəsizliyinin təmin olunmasına töhfə verə bilər. Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsi silahlı hücuma məruz qalan dövlətlərin fərdi və ya kollektiv özünümüdafiə hüququnu tanısa da, görüləcək tədbirlərin beynəlxalq hüququn zərurilik və mütənasiblik prinsiplərinə uyğun olması məcburidir. Türkiyə baxımından mümkün hərbi addımlar atılarkən konstitusion səlahiyyətlərə və zəruri hüquqi prosedurlara riayət edilməsi də əsas şərtdir". "Diqqət yetirilməli mühüm məqamlardan biri də budur ki, 2026-cı il oktyabrın 12-nə olan vəziyyətə görə, Məkkə Sazişinin Türkiyədə parlament tərəfindən təsdiqlənməsi prosesi hələ başa çatmayıb. Bundan əlavə, Türkiyə Respublikası Konstitusiyasının 92-ci maddəsi ölkə hüdudlarından kənara hərbi qüvvələrin göndərilməsi məsələsində Türkiyə Böyük Millət Məclisinin səlahiyyətlərini müəyyən edir və beynəlxalq müqavilələrdən irəli gələn müəyyən istisnaları da nəzərdə tutur. Buna görə də Türkiyənin birbaşa hərbi əməliyyatlarda iştirak edəcəyini qəti şəkildə bəyan etməyin mümkün olmadığı da nəzərə alınmalıdır", - ekspert vurğulayıb. O, əlavə edib ki, Türkiyə, Pakistan və Misirin Səudiyyə Ərəbistanına konkret dəstək göstərməsi mümkündür: "Lakin bu dəstək mütləq şəkildə Yəməndə gedən müharibəyə birbaşa qoşulmaq demək deyil. Türkiyə üçün prioritet yanaşma müttəfiq və tərəfdaş ölkələrin təhlükəsizliyinə töhfə verməklə yanaşı, regional münaqişənin genişlənməsinin qarşısını almaq, diplomatik həll yollarını açıq saxlamaq və beynəlxalq hüquqa əsaslanan sabitliyi dəstəkləmək olmalıdır. Məkkə Sazişinin həqiqi strateji dəyəri yeni müharibə cəbhəsi yaratmasında deyil, birgə müdafiə və çəkindirmə vasitəsilə müharibənin genişlənməsinin qarşısını ala bilməsində özünü göstərəcək".

Mənbə
oxu.az