Digər

Dünyada yoxsulluq içində yaşayanların sayı... - Hesabat

12 Oct 2026, 17:57 2 baxış
Dünyada yoxsulluq içində yaşayanların sayı... - Hesabat

2010-cu ildən bəri ilk dəfə dünyada kəskin çoxölçülü yoxsulluq şəraitində yaşayan insanların sayı artaraq 1,2 milyard nəfərə çatıb.


Axar.az xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramı və Oksford Universitetinin 2026-cı il üzrə hesabatında qeyd olunub.


“Əvvəlki tədqiqatla müqayisədə yoxsulluq içində yaşayan insanların sayı 51,5 milyon artıb. Onların yarıdan çoxunu - 617 milyon nəfərini uşaqlar təşkil edir. Yoxsul əhalinin isə 83%-i kənd yerlərində yaşayır. Tədqiqat dünya əhalisinin 78%-nin yaşadığı 108 ölkəni əhatə edib. Yoxsulluğun artması bütün dünya üçün ciddi xəbərdarlıq siqnalı olmalıdır. Bu rəqəmlərin arxasında aclıq, təhsil almaq imkanının olmaması, təmiz su və elektrik çatışmazlığı kimi bir-biri ilə əlaqəli problemlərlə üzləşən 1,2 milyard insan dayanır”, - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər