Kriminal

Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı

12 Oct 2026, 13:32 4 baxış
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
Mingəçevir şəhərində tələbə bıçaqlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. 18 yaşlı Nurəddin Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 19 yaşlı Dağlar Mehdizadəyə kəsici alətlə xəsarət yetirib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb. D.Mehdizadə Mingəçevirdə kollec tələbəsidir. O, N.Hüseynovla bir otaqda kirayə yaşayırmış. N.Hüseynov isə həmin kolleci bir il əvvəl bitiribmiş. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər