İdman

Messidən dubl: "İnter Mayami" uğursuz seriyaya son qoydu - Video

11 Oct 2026, 09:14 2 baxış
Messidən dubl: "İnter Mayami" uğursuz seriyaya son qoydu - Video
MLS-in müntəzəm çempionatının növbəti turunda "İnter Mayami" öz meydanında "Di Si Yunayted"i qəbul edib. Oxu.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"İnter Mayami"nin heyətində argentinalı ulduz Lionel Messi və uruqvaylı hücumçu Luis Suares hərəyə iki qol vurublar. Bu dubl sayəsində Messi çempionatın bombardirləri siyahısında liderliyini qoruyub və qollarının sayını 23-ə çatdırıb. Bu qələbə ilə "İnter Mayami" MLS-də beş oyun davam edən qələbəsizlik seriyasına son qoyub. Komanda sonuncu dəfə avqustun 30-da "Monreal"ı 7:1 hesabı ilə məğlub edib. Həmin görüşdən sonra keçirilən oyunlarda klub dörd heç-heçə edib və bir dəfə məğlub olub. Şərq Konfransının turnir cədvəlində "İnter Mayami" 28 oyundan sonra 49 xalla ikinci pillədə qərarlaşıb. "Di Si Yunayted" isə 27 matçda 30 xal toplayaraq 12-ci sırada yer alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər