Digər

Trampın qərarı dəhşətlidir, Putin hər gün insan öldürür...

11 Oct 2026, 10:54 2 baxış
Trampın qərarı dəhşətlidir, Putin hər gün insan öldürür...

ABŞ prezidentinin Rusiya dizel yanacağına qarşı sanksiyaları ləğv etmək qərarı dəhşətlidir və yanacaq qiymətlərindəki kəskin artıma Ukrayna deyil, Hörmüz boğazının bağlanması səbəb olub.


Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.


“Putin hər gün Ukraynada günahsız mülki vətəndaşları öldürür. Ukraynalılar öz həyatları uğrunda mübarizə aparırlar. Buna baxmayaraq, Ağ Ev amerikalı sürücüləri Putinin törətdiyi bu qırğını maliyyələşdirməyə məcbur etməkdə qərarlı görünür. Bu, nəticə verməyəcək və bunun yanacaq qiymətlərinə ciddi təsir göstərəcəyinə şübhə edirəm. Əgər Rusiya neft və qazının yenidən qlobal bazara qayıtmasını istəyiriksə, gəlin bu müharibəyə son qoyaq – özü də elə bir şəkildə ki, nəticədə Ukrayna azad, suveren və müstəqil qalsın”, - Conson bildirib.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmasını tələb etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər