Cəmiyyət

Sumqayıtda 32 yaşlı kişi dəm qazından öldü

11 Oct 2026, 10:27 2 baxış
Sumqayıtda 32 yaşlı kişi dəm qazından öldü

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.


Axar.az Report-a istinadla xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.


Məlumata görə, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.


Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər