İdman

Cüdo üzrə dünya çempionatına bu gün yekun vurulur: Azərbaycan millisi tatamiyə çıxacaq - Foto

11 Oct 2026, 09:40 2 baxış
Cüdo üzrə dünya çempionatına bu gün yekun vurulur: Azərbaycan millisi tatamiyə çıxacaq - Foto
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı bu gün qarışıq komanda yarışları ilə başa çatacaq. Oxu.Az xəbər verir ki, Azərbaycan millisi turnirin sonuncu yarış günündə tatamiyə çıxacaq. Yığmamız 1/16 final mərhələsində Avstriya komandası ilə üz-üzə gələcək. Bu görüşdə qələbə qazanacağı təqdirdə, millimizi növbəti mərhələdə Yaponiya seçməsi gözləyir. Komandamızın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva və Xədicə Qədəşova (57 kq), Südabə Ağayeva və Hanna Zaytseva (70 kq), eləcə də Madina Kaisinova (+70 kq) yer alıblar. Kişilər arasında isə Rəşid Məmmədəliyev və Ruslan Paşayev (73 kq), Zelim Tçkayev və Süleyman Şükürov (90 kq), həmçinin Zelim Kotsoyev və Uşanqi Kokauri (+90 kq) ölkəmizi təmsil edəcəklər. Milli Gimnastika Arenasında keçiriləcək yarışlarda 18 ölkədən 192 cüdoçu komanda mübarizəsinə qatılacaq. Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının fərdi yarışlarında rekord nəticəyə imza ataraq yeddi medal qazanıb. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medallara sahib çıxıblar.
{{gallery}}
Cüdo üzrə dünya çempionatına bu gün yekun vurulur: Azərbaycan millisi tatamiyə çıxacaq - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər