Digər
Türkiyədə atışma: ölü və yaralılar var
Türkiyənin Antalya vilayətinin Alanya rayonunda atışma baş verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, rayonda yerləşən avtoyuma məntəqəsində üç nəfər arasındakı mübahisə daha sonar silahlı qarşıdurmaya çevrilib.
Hadisə nəticəsində müxtəlif xəsarətlər alan üç nəfər xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onlardan birinin həyatını ilas etmək mümkün olmayıb.
Mənbə
axar.az