Dünya
Tramp husilərlə təmasları açıqladı: "Etdikləri çox pis idi"
ABŞ Yəməndəki husilərlə birbaşa təmaslar aparır. Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tennessi ştatından Ağ Evə qayıdarkən, Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbəti zamanı bildirib. O, Səudiyyə Ərəbistanına edilən raket hücumlarını şərh edərkən husilərlə təmasların olduğunu qeyd edib. "Bizim husilərlə təmaslarımız var və görək, nə olacaq. Lakin onların etdikləri çox pis idi", - deyə ABŞ lideri vurğulayıb. Tramp hücumu dəhşətli adlandırıb və əlavə edib ki, Səudiyyə Ərəbistanının belə hallarda özünü müdafiə etmək hüququ var. Xatırladaq ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına hücum nəticəsində azı 12 nəfər həlak olub, 309 nəfər yaralanıb. Həlak olanlar arasında ABŞ vətəndaşı da var.
Mənbə
oxu.az