Dünya
Ər-Riyaddakı hava limanına raket hücumu: 12 ölü, 300-dən çox yaralı var
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanına hücum nəticəsində azı 12 nəfər həlak olub, 309 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi rəsmi bəyanat yayıb. Bəyanatda bildirilir ki, həlak olanlar arasında Səudiyyə Ərəbistanının dörd vətəndaşı ilə yanaşı, digər ölkələrin vətəndaşları da var. Onların ikisi Banqladeş, biri ABŞ, biri Misir, biri İordaniya, biri Suriya, biri Fələstin və biri Sudan vətəndaşıdır. Qurumun məlumatına görə, hücum nəticəsində 309 nəfər yaralanıb. Yaralılar arasında vəziyyəti kritik olan şəxslər də var. Mülki Aviasiya Baş İdarəsi hücumun böyük maddi ziyana səbəb olduğunu və hazırda dəymiş ziyanın miqyasının qiymətləndirildiyini açıqlayıb. "The Wall Street Journal" qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Ər-Riyad hava limanının 3-cü və 4-cü terminalları raketlərin birbaşa zərbələri nəticəsində ciddi zədələnib. Nəşrin məlumatında qeyd olunur ki, zərbələrdən sonra terminal binasının tavanının bir hissəsi insanların üzərinə uçub.
Mənbə
oxu.az