Dünya

Qlobal təhlükə: Uşaqların 40 faizində görmə zəifliyi proqnozlaşdırılır

11 Oct 2026, 06:36 6 baxış
Qlobal təhlükə: Uşaqların 40 faizində görmə zəifliyi proqnozlaşdırılır
"Əsrin ortalarına qədər uşaq və yeniyetmələrin təxminən 40%-i miopiyadan (yaxını görməmə) əziyyət çəkə bilər". Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı həkim-oftalmoloq Angelina Kazantseva deyib. "Qlobal miqyasda verilən proqnozlar həqiqətən də diqqətəlayiqdir: klassik ehtimallara əsasən, 2050-ci ilə qədər miopiya təqribən 4.9 milyard insana, yəni dünya əhalisinin təxminən yarısına təsir göstərə bilər. Sonrakı araşdırmalar da uşaqlar və gənclər arasında miopiyanın daha da yayılacağını göstərir. Məsələn, 2050-ci ilədək uşaqların təxminən 40%-də - 740 milyon nəfərdən çoxunda bu vəziyyət müşahidə oluna bilər", - deyə mütəxəssis qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər