Dünya

Almaniyalı siyasətçi qalmaqallı xəritəyə görə istefa verdi - Foto

11 Oct 2026, 05:32 2 baxış
Almaniyalı siyasətçi qalmaqallı xəritəyə görə istefa verdi - Foto
"Almaniya üçün Alternativ" (AfD) partiyasının gənclər təşkilatının üzvü Luka Moris Ştrauf qonşu ölkələrin ərazilərinin Almaniyanın tərkibinə daxil edildiyi xəritənin paylaşılması ətrafında yaranan qalmaqaldan sonra istefa verib. Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, istefadan əvvəl onun Alman Birliyi Günü münasibətilə "X" sosial şəbəkəsində paylaşdığı xəritə beynəlxalq qalmaqala səbəb olub. Xəritədə Fransanın Elzas-Lotaringiya bölgəsi, eləcə də Avstriya, Polşa və İtaliyanın bəzi əraziləri Almaniyanın tərkibində göstərilib.
Siyasətçi paylaşımını "Alman birliyi bütün alman xalqını vahid dövlətdə birləşdirən Almaniya deməkdir" şərhi ilə müşayiət edib. Paylaşım sonradan silinsə də, Almaniyada və xaricdə, o cümlədən Fransanın aparıcı xəbər kanalı BFM-in efirində sərt tənqidlərə səbəb olub. Ştrauf isə ərazi iddiaları irəli sürməsi ilə bağlı ittihamları rədd edib və yalnız alman azlıqlarının tarixən yaşadığı bölgələri göstərmək istədiyini bildirib.
Almaniyalı siyasətçi qalmaqallı xəritəyə görə istefa verdi - Foto Almaniyalı siyasətçi qalmaqallı xəritəyə görə istefa verdi - Foto Almaniyalı siyasətçi qalmaqallı xəritəyə görə istefa verdi - Foto Almaniyalı siyasətçi qalmaqallı xəritəyə görə istefa verdi - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər