Dünya

Uğursuz edam cəhdindən sağ çıxan amerikalı qadın yenidən həbsxanaya qaytarıldı

11 Oct 2026, 04:36 2 baxış
Uğursuz edam cəhdindən sağ çıxan amerikalı qadın yenidən həbsxanaya qaytarıldı
Uğursuz edam cəhdindən sonra xəstəxanaya yerləşdirilən ABŞ vətəndaşı Krista Payk yenidən həbsxanaya köçürülüb. Oxu.Az xəbər verir ki, bu barədə məhkumun vəkilləri WVLT telekanalının yaydığı bəyanatda məlumat veriblər. Bəyanatda bildirilir ki, Krista Payk xəstəxanadan evə buraxılıb və 30 ildən çoxdur saxlanıldığı Debora Conson adına reabilitasiya mərkəzinə qaytarılıb. Həbsxanada ona tibbi yardım göstərilməyə davam edilir və müdafiə tərəfi onun sağalma prosesini izləyəcək. Qeyd edək ki, sentyabrın 30-da Tennessi ştatının hökumət orqanları Paykın ölümcül inyeksiyalar vasitəsilə edamını həyata keçirməyə cəhd edib. Lakin prosedur uğursuzluqla nəticələnib və qadın xəstəxanaya çatdırılıb. Məhkum oktyabrın 6-da özünə gəlib. Payk 1995-ci ildə 19 yaşlı Kollin Slemmerin qətlində təqsirli bilinib. O, Tennessi ştatında 200 ildən artıq müddətdə edam edilən ilk qadın olmalı idi.
Mənbə oxu.az

Oxşar Xəbərlər