Dünya

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində 12 nəfər ölüb

11 Oct 2026, 02:16 3 baxış
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində 12 nəfər ölüb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın beynəlxalq hava limanına həftə ərzində edilən üçüncü hücum nəticəsində 12 nəfər ölüb, onlarla insan yaralanıb. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə hadisə ilə tanış olan üç mənbə məlumat verib. Hadisə oktyabrın 10-da baş verib. Hücumdan sonra bütün uçuşlar təxirə salınıb, bir sıra ölkələr öz vətəndaşlarını ərazidən uzaq durmağa çağırıblar. Hələlik hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib. Bununla belə, Yəməndə fəaliyyət göstərən husilər bu həftə Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən əvvəlki iki hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər