Dünya

Ukrayna XİN rəhbəri Trampın Zelenski ilə bağlı sözlərinə cavab verdi

11 Oct 2026, 02:32 3 baxış
Ukrayna XİN rəhbəri Trampın Zelenski ilə bağlı sözlərinə cavab verdi
"Ukrayna xalqı Volodimir Zelenskini dəstəkləyir və dövlət başçısı ilə bağlı qərarı yalnız ukraynalıların özləri verə bilər". Oxu.Az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ Prezidenti Donald Trampın Ukraynada yeni lider seçilməsinin zəruriliyi barədə bəyanatından sonra "X" sosial şəbəkəsində yazıb. XİN rəhbəri vurğulayıb ki, Zelenski ölkəyə müstəqillik, azadlıq və ləyaqət uğrunda mübarizə dövründə rəhbərlik edir. Sibiqanın sözlərinə görə, xaricdən səsləndirilən bəyanatlar ukraynalıların öz gələcəklərini müstəqil müəyyən etmək hüququnu dəyişmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər