Dünya

Aİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək

09 Oct 2026, 20:40 2 baxış
Aİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. Oxu.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərlə məhdudlaşdırılıb. Ermənistan məhsullarının idxalının Avropa istehsalçılarına mənfi təsir göstərəcəyi təqdirdə Aİ bazarını qorumaq üçün müdafiə tədbirləri də nəzərdə tutulub. Avropa Komissiyasının məlumatına görə, liberallaşdırılmış ticarət rejimi Ermənistanın kənd təsərrüfatı məhsullarının Aİ-yə ixracının təxminən 80 faizini əhatə edəcək. Bu məhsullara təzə meyvə-tərəvəz və güllər də daxildir. İçkilər və alkoqollu məhsulların isə ixracının 91 faizdən çoxu bu rejimə şamil olunacaq. Müdafiə tədbirləri müəyyən məhsullar üzrə kvotaların tətbiqini nəzərdə tutur. Kvota həddinə çatdıqda həmin məhsulların idxalına mərhələli şəkildə rüsumlar tətbiq ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər