Kriminal

Yaşayış binasında ildırım çaxması nəticəsində yanğın oldu

09 Oct 2026, 21:26 1 baxış
Yaşayış binasında ildırım çaxması nəticəsində yanğın oldu

Tovuz rayonunun Dondar Quşçu kəndində Qasımova Kəmaləyə məxsus ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib.


Axar.az xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 100 kvadratmetr olan mənzilin 40 kvadratmetri yanıb. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.


Hadisə yerinə iki yanğınsöndürən avtomobil və təcili tibbi yardım briqadası cəlb olunub. Tüstüdən zəhərlənən ev sahibi xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir.


İlkin məlumata görə, yanğına ildırım çaxması zamanı yaranan qısaqapanma səbəb olub.

Mənbə axar.az

Oxşar Xəbərlər