Dünya
SEPAH Hörmüz boğazında maye qaz daşıyan tankerə zərbə endirib
İran Silahlı Qüvvələrinin elit bölməsi sayılan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyə cəhd edən və maye qaz daşıyan iritonnajlı yük gəmisinə zərbə endirdiyini bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. "Bir neçə saat əvvəl maye qaz daşımaq üçün nəzərdə tutulmuş iritonnajlı "MT Sunshine" tankeri Hörmüz boğazının cənub akvatoriyasında qanunsuz marşrutla hərəkət etməyə çalışarkən zərbəyə məruz qalıb", - deyə bəyanatda qeyd olunub.
Mənbə
oxu.az