Digər

Putinin təyyarəsi Moskvaya eniş edə bilmir

09 Oct 2026, 21:34 2 baxış
Putinin təyyarəsi Moskvaya eniş edə bilmir

Rusiya Prezidenti Vladimir Putinin Türkmənistandan qayıdan xüsusi təyyarəsi Moskva yaxınlığında havada dövrə vurmağa məcbur olub.


Axar.az TodayPress TV-yə istinadla xəbər verir ki, bu barədə “Flightradar24” xidmətinin məlumatlarında qeyd edilir.


Məlumata görə, Moskva hava məkanında tətbiq edilən məhdudiyyətlər və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti səbəbindən təyyarə eniş edə bilmir. PUA hücumu təhlükəsi ilə əlaqədar paytaxtın hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq olunub.


Bildirilib ki, “Rossiya” Xüsusi Uçuş Dəstəsinə məxsus dörd təyyarə Moskva yaxınlığında gözləmə rejimində dövrə vurur. Onlardan üçü Putinin səfərinin başa çatdığı Türkmənistanın Türkmənbaşı hava limanından yola düşüb.


Məlumata əsasən, təyyarələrdən ikisinin Sankt-Peterburqda eniş edə biləcəyi ehtimal olunur.


Qeyd edək ki, yayılan məlumata görə, “Xüsusi Hərbi Əməliyyat”ın başlanmasından bəri ilk dəfə belə hal qeydə alınıb. Hazırda Putinin özünün təyyarədə olub-olmadığı, eləcə də təyyarənin harada və nə vaxt eniş edəcəyi məlum deyil.

Mənbə axar.az

Oxşar Xəbərlər