Cəmiyyət

18 kilometrlik yol yenidən qurulur

09 Oct 2026, 21:43 2 baxış
18 kilometrlik yol yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 7 mindən artıq sakinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunda tikinti işləri davam edir.


Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumnat verilib.


Yolun 2,3 kilometr hissəsində asfalt-beton örtüyü salınıb. Digər hissələrdə torpaq işləri və yol əsasının tikintisi aparılır. 9 nöqtədə suötürücü borular quraşdırılır.


Bildirilib ki, layihənin tamamlanması ilə sakinlərin gediş-gəlişi rahatlaşacaq, nəqliyyat əlaqələri və hərəkət təhlükəsizliyi yaxşılaşacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər