Şou biznes
Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı - Video
Dünyaca məşhur müğənni Sami Yusuf "Qarabağımsan" adlı mahnısını təqdim edib. Oxu.Az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. O bildirib ki, musiqi kompozisiyası beş il əvvəl hazırlanıb.
Müğənninin sözlərinə görə, bu əsər Qarabağın insanlarına və həmin gözəl diyara ünvanlanmış sevgi məktubu, sevgi nəğməsidir. Əsər COVID-19 pandemiyası dövründə yazılıb. Sami Yusuf paylaşımında bildirib: "Musiqiçilər və xor üzvləri müxtəlif günlərdə və gecələrdə öz ifalarını lentə aldılar. Onların bir çoxu Dövlət Filarmoniyasının üzvləri, digərləri isə ənənəvi Azərbaycan musiqi alətlərinin tanınmış ustalarıdır. Bu əsəri sifariş edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, xüsusilə də layihənin əsas hərəkətverici qüvvəsi olan professor Sevda Məmmədəliyevaya səmimi təşəkkürümü bildirirəm". Qeyd edək ki, əsərin sözləri Aytən İsmixanovaya məxsusdur.

Mənbə
oxu.az