Kriminal
Şəkidə avtomobil ağaca çırpıldı, sürücü öldü
Şəkidə avtomobil ağaca çırpılıb, sürücü ölüb.
Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə Şəki-Qax yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 47 yaşlı Aftandil Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Mənbə
axar.az