Kriminal
Şəki-Qax yolunda avtomobil ağaca çırpıldı, sürücü öldü
Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi ağaca çırpılıb. Nəticədə, sürücü, 47 yaşlı Aftandil Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Mənbə
oxu.az