Dünya
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
"Qısa müddət ərzində Məkkə müqaviləsinin baxılması və təsdiq olunması üçün Türkiyə Böyük Millət Məclisinə göndərilməsi nəzərdə tutulur". Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Diplomat Ankarada macarıstanlı həmkarı Anita Orban ilə birgə keçirdiyi mətbuat konfransında qeyd edib: "Sənəd parlamentin müzakirəsinə verilməlidir. Dünən biz bu məsələ ilə bağlı yekun təkliflərimizi dövlət başçısına təqdim etdik. Sazişin ən qısa zamanda parlamentə çıxarılması barədə qərar qəbul edilib. Biz öz işimizi demək olar ki, yekunlaşdırmışıq". Xatırladaq ki, Məkkə müqaviləsi avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əs-Səud və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif tərəfindən imzalanıb. Sənədin şərtlərinə əsasən, bu üç ölkədən hər hansı birinə edilən hücum sazişin bütün iştirakçılarına qarşı hərbi təcavüz kimi qiymətləndiriləcək. Oktyabrın 5-də tərəflər birgə müdafiə öhdəliklərinin praktiki icrasına dərhal başlamaq və razılaşdırılmış hərbi qüvvələrin Səudiyyə Ərəbistanında yerləşdirilməsi üçün tədbirlər görmək barədə razılığa gəliblər. Alyansın ilk baş katibi vəzifəsinə istefada olan pakistanlı general-leytenant Numan Mahmud təyin edilib.
Mənbə
oxu.az