Kriminal
Bıçaqlanan baş həkimin müavini Vüqar Qurbanovun soyadını dəyişən qohumu imiş - Foto
Abşeronda bıçaqlanan direktor müavininin kimliyi bilinib. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bıçaq xəsarətləri alan şəxs xəstəxananın direktor müavini Orxan Ənvərlidir. Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Orxan Ənvərli TƏBİB-in sabiq sədri Vüqar Qurbanovun qohumudur. O, bundan əvvəl TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. Həmin zaman onun soyadı da Qurbanov imiş. Yayılan məlumatlara əsasən, Vüqar Qurbanov vəzifəsindən azad olunandan sonra Orxan Qurbanov özü işdən çıxarılmasın deyə qohumluğunu gizlətməkdən ötrü soyadını dəyişərək, Ənvərli edib. Lakin buna baxmayaraq o, tutduğu vəzifədən azad edilərək, Abşeron rayon Mərkəzi Xəstəxanasının direktor müavini təyin edilib.
Abşeronda bıçaqlanma hadisəsi baş verib. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Mənbə
oxu.az