Kriminal

Məşhur hind aktyoru vəfat etdi

08 Oct 2026, 12:20 2 baxış
Məşhur hind aktyoru vəfat etdi

Məşhur hind aktyoru Nana Patekar 75 yaşında vəfat edib.


Kult.az xəbər verir ki, bu barədə “Manipal Hospital” xəstəxanası məlumat yayıb.


Məlumata görə, köməkçisi aktyoru Qoadakı evində huşsuz vəziyyətdə aşkarlayıb.


O, xəstəxanaya çatdırılıb və həkimlər təxminən 45 dəqiqə ərzində onu reanimasiya etməyə çalışıblar. Ölümün ilkin səbəbi kimi ürək tutması göstərilib.


Patekar “Yol yoldaşları”, “Xoş gəlmisiniz”, “Krantivir” və digər filmlərdə baş rollara çəkilib.


Hindistanın Baş naziri Narendra Modi də aktyorun vəfatı ilə bağlı başsağlığı verib.

Mənbə axar.az

Oxşar Xəbərlər