Dünya
David Xudatyan: "Azərbaycanla enerji şəbəkələrinin əlaqələndirilməsi müzakirə olunur"
"İrəvan və Ankara iki dövlətin enerji sistemlərinin əlaqələndirilməsi imkanlarını nəzərdən keçiriblər". Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib. "Biz elektrik enerjisinin ötürülməsini təmin etmək, ehtiyac yarandıqda Türkiyəyə enerji satmaq və ya oradan almaq məqsədilə Gümrü-Qars xəttinin işə salınması məsələsini müzakirə etdik. Bu proses hazırda Gürcüstan və İranla həyata keçirdiyimiz eyni məntiqə əsaslanır", - deyə nazir bildirib. Xudatyan əlavə edib ki, eyni zamanda, bu istiqamətdə məsələlərin müzakirəsinə Azərbaycanla da başlanılıb.
Mənbə
oxu.az